Şahmat

Həşimovun xatirə turnirində heç-heçə ənənəsi davam edir

Azərbaycanın mərhum şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunmuş Shamkir Chess-2018 superturnirində bu gün 3-cü turun görüşləri keçirilib.

Dsport.az xəbər verir ki, təmsilçilərimizdən Şəhriyar Məmmədyarov rusiyalı Sergey Karyakinlə qarşılaşıb. Tərəflər heç-heçəyə razılaşıblar.

Teymur Rəcəbov hollandiyalı Aniş Giri ilə üz-üzə gəlib. O da xal bölgüsünə razılaşıb.

Rauf Məmmədovu isə bu tur daha çətin rəqiblə - dünya çempionu Maqnus Karlsenlə görüşüb. İndiyə qədər norveçli şahmatçıya qarşı keçirdiyi oyunlardan məğlubiyyətlə ayrılmış Rauf ilk dəfə ondan xal alıb.

Turnirin əvvəlki turlarında olduğu kimi, bu dəfə də bütün görüşlər heç-heçə başa çatıb.

İsveçrə sistemi ilə keçirilən turnir 9 turdan ibarətdi.

Shamkir Chess-2018
3-cü tur
21 aprel

Aniş Giri (Hollandiya) - Teymur Rəcəbov (Azərbaycan) 0,5:0,5
Dinq Liren (Çin) - Veselin Topalov (Bolqarıstan) 0,5:0,5
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Sergey Karyakin (Rusiya) 0,5:0,5
David Navara (Çexiya) - Radoslav Voytaşek (Polşa) 0,5:0,5
Rauf Məmmədov (Azərbaycan) - Maqnus Karlsen (Norveç) 0,5:0,5