Şahmat

Vüqar Həşimovun xatirə turniri başladı - Şəmkirdə “sülh günü”

Bu gün mərhum şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2018” turniri start götürüb.

Dsport.az xəbər verir ki, beşinci dəfə keçirilən turnirin ilk turunda təmsilçilərimizdən Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenlə üz-üzə gəlib. Tərəflər heç-heçəyə razılaşıblar. Teymur Rəcəbov bolqarıstanlı Veselin Topalovla, Rauf Məmmədov isə çexiyalı David Navara ilə qarşılaşıb. Onlar da rəqibləri ilə "sülh bağlayıblar". Ümumilikdə, ilk turda qələbə qazanan olmayıb.

Shamkir Chess 2018
1-ci tur
19 aprel

Veselin Topalov (Bolqarıstan, 2749) - Teymur Rəcəbov (Azərbaycan, 2748) 0,5:0,5
Aniş Giri (Hollandiya, 2777) - Sergey Karyakin (Rusiya, 2778) 0,5:0,5
Dinq Liren (Çin, 2778) - Radoslav Voytaşek (Polşa, 2744) 0,5:0,5
Şəhriyar Məmmədyarov (Azərbaycan, 2814) - Maqnus Karlsen (Norveç, 2843) 0,5:0,5
David Navara (Çexiya, 2745) - Rauf Məmmədov (Azərbaycan, 2704) 0,5:0,5

İsveçrə sistemiylə keçiriləcək turnir 9 turdan ibarət olacaq.