Şahmat

Məmmədyarovdan növbəti “sülh”

Almaniyanın paytaxtı Berlində keçirilən şahmat tacına iddiaçıların turniri davam edir.

Dsport.az xəbər verir ki, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov yarışın 7-ci turunda rus Aleksandr Qrişukla üz-üzə gəlib. “Şah” bu görüşdə qara fiqurlarla çıxış edib. Tərəflər qarşılaşmanın 16-cı gedişində “sülh”ə razılaşıblar. Bu, Şəhriyarın turnirdə 4-cü heç-heçəsidi.

7 oyundan sonra hesabında 4 xal olan Məmmədyarov, ABŞ təmsilçisi Fabiano Karuana ilə birgə 1-2-ci yerləri bölüşür. Karuana təmsilçimizdən bir görüş az keçirib.

“Şah” turnirdə növbəti oyununu sabah keçirəcək. O, ilk dövrədə məğlub etdiyi Rusiya təmsilçisi Sergey Karyakinlə qarşılaşacaq.