Şahmat

Məmmədyarov Kramnikə qalib gəldi

Almaniyanın paytaxtı Berlində şahmat üzrə İddiaçılar Turnirində 6-cı turun görüşləri baş tutub.

Dsport.az xəbər verir ki, Azərbaycanın bu turnirdəki yeganə təmsilçisi Şəhriyar Məmmədyarov ağ fiqurlarla rusiyalı Vladimir Kramniklə qarşılaşıb. Şahmatçımız rəqibini 64-cü gedişdə məğlub edib.

Hazırda Şəhriyar Məmmədyarov və Fabiano Karauna 4 xalla turnir cədvəlinə başçılıq edir.