Şahmat

“Şah” Karyakinlə başlayıb, Kramniklə bitirəcək

Martın 10-27-si aralığında Berlində dünya şahmat tacına iddialılar arasında keçiriləcək turnirin təqvimi açıqlanıb. 

Dsport.az xəbər verir ki, səkkiz şahmatçının qatılacağı ikidövrəli turnirin iştirakçıları arasında həmyerlimiz Şəhriyar Məmmədyarovun da olacağını öncədən xəbər vermişdik.

Şah martın 10-da keçirəcəyi ilk görüşdə qara fiqurlarla rusialı vitse-dünya çempionu Sergey Karyakinlə qarşışacaq. Təbii ki, erməni Levon Aronyanla 2-ci və 9-cu turlarda keçiriləcək görüşlər də böyük maraq doğurur. Şahmatçıların iddiaçıların turniri boyunca üç gün – martın 13-ü, 17-si və 21-də dincələcəyini də nəzərinizə çatdıraq. Məlum olduğu kimi, İddiaçılar turnirinin qalibi dünya şahmat tacı uğrunda norveçli Maqnus Karlsenlə yarışacaq.

1-ci tur. 10 mart. Sergey Karyakin (Rusiya) – Məmmədyarov;
2-ci tur. 11 mart. Məmmədyarov – Levon Aronyan (Ermənistan);
3-cü tur. 12 mart. Fabiano Karuana (ABŞ) – Məmmədyarov;
4-cü tur. 14 mart. Məmmədyarov – Uesli So (ABŞ);
5-ci tur. 15 mart. Din Lijen (Çin) – Məmmədyarov;
6-cı tur. 16 mart. Məmmədyarov – Vladimir Kramnik (Rusiya);
7-ci tur. 18 mart. Aleksandr Qrişuk (Rusiya) – Məmmədyarov;
8-ci tur. 19 mart. Məmmədyarov - Karyakin;
9-cu tur. 20 mart. Aronyan – Məmmədyarov;
10-cu tur. 22 mart. Məmmədyarov - Karuana;
11-ci tur. 23 mart. So – Məmmədyarov;
12-ci tur. 24 mart. Məmmədyarov – Din Lijen;
13-cü tur. 26 mart. Məmmədyarov - Qrişuk;
14-cü tur. 27 mart. Kramnik – Məmmədyarov.