Şahmat

Azərbayanlı hakimlərə beynəlxalq və FİDE hakimi adları verilib

Noyabr ayının 8-dən 10-dək Soçidə keçirilən FİDE-nin Prezident Şurasının qərarına əsasən, azərbaycanlı hakim Emin Hacıyevə (Naxçıvan Muxtar Respublikası) beynəlxalq hakim adı verilib.

Noyabr ayının 8-dən 10-dək Soçidə keçirilən FİDE-nin Prezident Şurasının qərarına əsasən, azərbaycanlı hakim Emin Hacıyevə (Naxçıvan Muxtar Respublikası) beynəlxalq hakim adı verilib. Bu haqda Azərbaycan Şahmat Federasiyasının rəsmi saytı xəbər yayıb.

Həmçinin digər 4 azərbaycanlı hakimə - Məcid Əfəndiyev (Bakı, Respublika Şahmat Mərkəzinin direktoru), Mahir Cəfərov (Bakı), Sadiq Mehtiyev (Şəki) və Zöhrab Murtuzova (Quba) FİDE hakimi adı verilib.