Şahmat

Şəhriyar Məmmədyarov üçüncü oldu

Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən "Tata Steel Chess" superturnirinin son turana yekun vurulub.

Dsport.az xəbər verir ki, bu gün start götürən 8-ci turda Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov Vişvanatan Anand ilə qarşılaşıb.

Sözügedən görüş sülhlə bitib. Bununla da xallarını 8.5-ə çatdıran qrossmeyster turniri 3-cü pillədə başa vurub. 

Maqnus Karlsen və Aniş Qiri isə turnirin yekununda 9 xal toplayıblar. Buna görə də çempionluq üçün onlar əlavə görüş keçirəcəklər.