Şahmat

"X Yuqra Qubernatoru kuboku" başa çatıb

Rusiyanın Xantı Mansiysk vilayətində keçirilən şahmat üzrə “Yuqra Qubernatoru kuboku” yekunlaşıb.

Rusiyanın Xantı Mansiysk vilayətində keçirilən şahmat üzrə “Yuqra Qubernatoru kuboku” yekunlaşıb.

Yarışda 26 şahmatçı (19 qrossmeyster) qələbə uğurunda mübarizə aparıb. Ölkəmizi bu turnirdə beynəlxalq qrossmeyster Rauf Məmmədov təmsil edib. Sonuncu turda Məmmədov İvan Bukavşini məğlub etsə də ilk üçlüyə düşə bilməyib. Həmyerlimiz liderdən 1 xal az toplayaraq 5,5 xalla 6-cı yerin sahibi olub. Turnirin qalibi isə 9 mümkün xaldan 6,5-ni aktivinə yazan Dmitri Kokarev olub.

Xatırladaq ki. turnir İsveçrə sistemi ilə keçirilib.