Şahmat

Şəhriyar Məmmədyarov beynəlxalq turnirin qalibi olub

Soçidə keçirilən Mixail Talın xatirəsinə həsr olunmuş blits turnirinə yekun vurulub.

Soçidə keçirilən Mixail Talın xatirəsinə həsr olunmuş blits turnirinə yekun vurulub. Turnirdə Şəhriyar Məmmədyarovla yanaşı, Vladimir Kramnik, Sergey Karyakin, Pyotr Svidler, Aleksandr Qrişuk, Yan Nepomnyaşiy, Yevgeni Tomaşevski, Aleksandr Morozeviç, Ernesto İnarkiev, Aleksandra Kostenyuk (hamısı Rusiya), Boris Gelfand (İsrail) və Peter Leko (Macarıstan) mübarizə aparıb.Yarış dairəvi sistem üzrə keçirilib. Əsasnaməyə görə, şahmatçılar bir-biri ilə 2 dəfə həm ağ, həm də qara fiqurlarla oynayıblar.

Şəhriyar Məmmədyarov 22 mümkün xaldan 16-nı toplayaraq turnirin qalibi adını qazanıb. Aleksandr Qrişuk 15,5 xalla 2-ci, Aleksandr Morozoviç isə 12,5 xalla 3-cü olub.