Şahmat

16 yaşadək yeniyetmələr arasında keçirilən Sumqayıt birinciliyi başa çatıb

Sumqayıt şəhərində 8-10-12-14-16 yaşlı yeniyetmələr arasında keçirilən Sumqayıt birinciliyi başa çatıb.

Sumqayıt şəhərində 8-10-12-14-16 yaşlı yeniyetmələr arasında keçirilən Sumqayıt birinciliyi başa çatıb.

8 yaşlı oğlanlar arasında 7 mümkün xaldan 6,5-ni toplayan Fateh Ağacan 1-ci, Ağaqulu Eyvazlı 5,5 xalla 2-ci, Xəzər Abdullayev isə 5 xalla 3-cü yerin sahibi olub. Eyni təvəllüdlü qızların birinciliyində isə Kamilla Ələsgərzadə 100 faizlik nəticə göstərərək 7 xalla 1-ci pilləni tutub. Mehriban Əhmədova aktivinə 5 xal yazaraq 2-ci, Nur Mirzə isə 4.5 xalla 3-cü olub.10 yaşlı oğlanların yarışında Abusəddin Mollayev 7 xaldan 6-nı toplayaraq 1-ci, Mehdi Qasımov 5,5 xalla 2-ci, Xəqani Qarayev isə 5 xalla 3-cü yeri tutub. Eyni yaşlı qızların birinciliyində Jalə Kərimli 6 xalla 1-ci, Nəzrin Hüseynova 5 xalla 2-ci, Məhluqə Zülfüqarlı 3.5 xalla 3-cü yerin sahibi olub.

12 yaşlı oğlanların mübarizəsində isə 2 nəfər - Fərhad Fərhadlı və Uğur İlyasllı 9  xaldan 7,5-ni toplayaraq 1-2-ci yerləri bölüşdürüblər. 7 xal toplayan Rahim Əliyev 3-cü olub. 12 yaşlı qızlar arasında 5 xaldan 4-nü toplayan Şəhla Əzizova 1-ci, Aydan Mahmudova 3 xalla 2-ci, Röya Həbibzadə isə 2 xal toplayaraq 3-cü olub.

Sahil Mehrəliyev 5 xal toplayaraq 14 yaş oğlanlar arasında çempion olub. Kamal Əzizov 4,5 xalla 2-ci və Elçin Məmmədli 4 xalla 3-cü yerin sahibi olub. 14 yaşlı qızların mübarizəsində aktivinə 6 xal yazan Ləman Hüseynova 1-ci, Diana Qurbanova 4 xalla 2-ci, Gülüzar Hüseynova isə 1,5 xal toplayaraq 3-cü yerdə qərarlaşıb.

Ceyhun Hüseynzadə 16 yaş oğlanlar arasında ən yaxşı nəticə göstərərək, 5 xalla 1-ci, Cəbrayıl Əsədov 4,5 xal toplayaraq  2-ci, Ağazahir İlyaslı isə 2,5 xalla 3-cü yerin sahibi adını qazanıb.