Şahmat

Yeniyetmələrimiz blits və rapid üzrə Avropa çempionatında 7 medal qazandılar

Estoniyanın paytaxtı Tallin şəhərində 8-18 yaşlı yeniyetmələr arasında sürətli şahmat (rapid) və blits üzrə keçirilən Avropa çempionatına yekun vurulub.

Estoniyanın paytaxtı Tallin şəhərində 8-18 yaşlı yeniyetmələr arasında sürətli şahmat (rapid) və blits üzrə keçirilən Avropa çempionatına yekun vurulub. Çempionatda 13 ( Azərbaycan, Rusiya, Ukrayna, Estoniya, İtaliya, İspaniya, Belarus, Latviya, Polşa, İsveçrə, Litva, Finlandiya, Avstriya) ölkədən 400-dək şahmatçı mübarizə aparırdı. Ölkəmizi turnirdə bütün yaş qruplarında 14 zəka sahibi təmsil edib.

İsveçrə sistemi ilə 9 turdan ibarət sürətli şahmat və blits üzrə çempionatda təmsilçilərimiz vətənə 7 medal (4 qızı, 2 gümüş və 1 bürünc medal) qazandırıblar. Aytən Əmrayeva 18 yaşlı qızlar arasında 9 mümkün xaldan 7-ni toplayaraq sürətli şahmatda qızıl medalın sahibi olub. Həmçinin Əmrayeva blits üzrə keçirilən çempionatda da 6,5 xal toplayaraq bürünc medal qazanıb. 10 yaşlı oğlanlar arasında Aydın Süleymanlı isə şahmatın həm rapid, həm də blits növü üzrə aktivinə 8 xal yazdıraraq Avropa çempionu adını qazanıb. Ümid Aslanov isə 8 yaşadək oğlanların rapid üzrə çempionatında 8 xal toplayaraq olkəmizə 4-cü qızıl medalı qazandıran şahmatçı olub. Digər şahmatçımız Xanım Balacayeva isə 14 yaşlı qızlar arasında həm rapid, həm də blits üzrə gümüş medal qazanıb.