Şahmat

Elxan Bayramov və Nərmin Məmmədova Bakı çempionu adını qazandılar

Respublika Şahmat Mərkəzində kişi və qadın şahmatçılar arasında keçirilən Bakı çempionatı başa çatıb.

Respublika Şahmat Mərkəzində kişi və qadın şahmatçılar arasında keçirilən Bakı Çempionatı başa çatıb. Turnirdə  38 şahmatçı (12 qadın,26 kişi ) çempion adı uğurunda mübarizə aparıb.

Kişilər arasında keçirilən çempionat İsveçrə sistemi üzrə 9 turdan ibarət olub. 9 turdan sonra Elxan Bayramov və Rəşad Zeynallı hərəyə 7,5 xal toplayaraq 1-2-ci yerləri bölüşdürüblər. Əlavə göstəricilərə görə Elxan Bayramov çempion adını qazanıb. Kənan Hacıyev isə aktivinə 6,5 xal yazaraq 3-cü yerin sahibi olub.

Qadınların çempionatı isə dairəvi sistemlə keçirilib və 11 tur davam edib. Nərmin Məmmədova 11 mümkün xaldan 10-nu toplayaraq qadınlar arasında Bakı çempionu adına layiq görülüb. FİDE ustası Pərvanə İsmayılova 9,5 xal toplayaraq 2-ci, Gövhər Beydullayeva isə 8,5 xalla 3-cü yerin sahibi olub.