Şahmat

Qədir Hüseynov və Ülviyyə Fətəliyeva beynəlxalq turnirin qalibi oldular

Birləşmiş Ərəb Əmirliklərinin Şarjah şəhərində şahmat üzrə islam dövlətləri arasında keçirilən “İslam Mədəniyyətinin Paytaxtı” beynəlxalq şahmat turnirinə yekun vurulub.

Birləşmiş Ərəb Əmirliklərinin Şarjah şəhərində şahmat üzrə islam dövlətləri arasında keçirilən “İslam Mədəniyyətinin Paytaxtı” beynəlxalq şahmat turnirinə yekun vurulub. Azərbaycan Şahmat Federasiyasının xəbərinə görə, yarışda İran, İraq, Əfqanıstan, İordaniya, Misir, Azərbaycan, Özbəkistan, Suriya və digər ölkələrdən 72 (46 kişı və 26 qadın) zəka sahibi mübarizə aparırıb. Çempionatda ölkəmizi Qədir Hüseynov, Eltac Səfərli, Nicat Abasov, Xəyalə Abdulla, Ülviyyə Fətəliyeva  və Nərmin Xələfova təmsil ediblər.

9 turdan ibarət keçirilən turnirin sonunda həmyerlimiz Qədir Hüseynov, Misir təmsilçisi Əhməd Ədliyə və Qırğızıstan şahmatçısı Semetey Tologontegin hərəyə 7 xal toplayaraq 1-3-cü yerləri bölüşdürüblər. Əlavə göstəricilərə görə Qədir Hüseynov turnirin qalibi adına layiq görülüb. Liderlərdən yarım xal az toplayan Eltac Səfərli 4-5-ci yerləri bölüşdürüb. Sonuncu turda Semetey Tologonteginə məğlub olan Nicat Abasov isə 6 xal toplayaraq 7-ci yerlə kifayətlənməli olub.

Ülviyyə Fətəliyeva 9 mümkün xaldan 8-ni toplayaraq qadınlar arasında keçirilən turnirin qalibi olub. Digər qadın təmsilçilərimiz Xəyalə Abdulla 6 xalla 4-cü, Nərmin Xələfova isə 5 xala 6-cı yerin sahibi olub.