Şahmat

Azərbaycan çempionatında ilk tur başa çatıb

Dekabrın 1-də Respublika Şahmat Mərkəzində kişilər arasında Azərbaycan çempionatı (I dəstə) start götürüb.

Dekabrın 1-də Respublika Şahmat Mərkəzində kişilər arasında Azərbaycan çempionatı (I dəstə) start götürüb. Çempionatda 23 zəka sahibi birincilik uğurunda mübarizəyə qoşulub. Yarış İsveçrə sistemi ilə keçirilir və 9 turdan ibarətdir.

1-ci turdan sonra 8 şahmatçı - Cəbrayıl Əsədov, Fərid Zeynalov, Fariz Əhmədov, Elxan Bayramov, Abdulla Qədimbəyli, Andrey Mustafin, Vüqar Əsədli və Murad İbrahimli aktivlərinə ilk xalı yazdırıblar.
  
Çempionatda birinci yeri tutan şahmatçı yüksək dəstədə oynamaq hüququ qazanacaq. İkinciyer yeri tutan şahmatçı isə yüksək dəstəyə birinci namizəd hesab edilir. Yarışın mükafat fondu 1000 AZN təşkil edir.