Şahmat

Şəhriyar Məmmədyarovdan tarixi nəticə

FİDE şahmatçıların növbəti reytinq cədvəlini açıqlayıb.

Dsport.az xəbər verir ki, azərbaycanlı qrossmeyter Şəhriyar Məmmədyarov yeni reytinq cədvəlində 3-cü pilləyə yüksəlib. Bununla da Şəhriyar tarixi bir uğura imza atıb. Belə ki, ilk dəfə azərbaycanlı şahmatçı FİDE-nin reytinq sıyasında ilk üçlüyə düşür. Məmmədyarovun hesabında hesabında 2799 reytinq xalı var.

Maqnus Karlsen (Norveç, 2837) ikinci, Levon Aronyan (Ermənistan, 2805) üçüncü pillədə qərarlaşıb.

Xatırladaq ki, indiyə qədər ən yaxşı nəticəmiz Teymur Rəcəbova məxsus idi. O, 2012-ci ilin oktyabrında açıqlanan reytinq siyahısında 4-cü pilləyə qalxmışdı. Teymur (2748) yeni reytinq siyahısında isə 17-cidi. İlk “100”-lükdə yer alan digər şahmatçılarımızdan Rauf Məmmədov (2709) 40-cı, Arkadi Naydiç (2705) isə 43-cü pillədə yer alıb.