Şahmat

"Azərbaycan dünya şahmatı üçün çox şey edir"

"Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və respublika hakimiyyəti dünya şahmatına çox mühüm dəstək göstərir".

Dsport.az xəbər verir ki, bunu Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlümjinov deyib.

"2013-cü ildə Londonda keçirilən turnir də daxil olmaqla, uzun müddət çoxlu beynəlxalq şahmat tədbirlərinə sponsorluq etdiyinə görə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə təşəkkür etmək istərdim. Xatırladım ki, onda Maqnus Karlsen London yarışında qalib gəlib dünya çempionu adını qazanmaq üçün mübarizə aparmaqla ucalmağa başladı. SOCAR əhəmiyyətli maliyyə ilə yalnız peşəkar şahmata töhfə vermir, həm də Azərbaycanda və dünyanın çox başqa ölkələrində "Chess in schools", "Məktəblərdə şahmat" proqramını dəstəkləyir. Bunun üçün biz SOCAR rəhbərliyinə şəxsən minnətdarıq", - deyə o, vurğulayıb.

İlümjinov həmçinin Azərbaycan hökumətinə və Prezident İlham Əliyevə də minnətdarlığını ifadə edib. "Prezident şahmatın inkişafının 5 illiyi dövlət proqramını öz proqramlarından birinə daxil edib. Yəni İlham Əliyev dünyada şahmatın inkişafına dövlət dəstəyi göstərən ilk prezident oldu. Proqram özündə uşaq şahmat idmanının inkişafını, şəhərlərdə yeni şahmat klublarının və akademiyaların tikintisini əks etdirir. Şəxsən mən Azərbaycanın bir neçə rayonunda belə şahmat klublarının açılışında iştirak etmişəm. Bundan başqa, yığmanın hazırlığına əhəmiyyətli pul vəsaiti ayrılır", - deyə FİDE prezidenti qeyd edib.