Şahmat

Dünya Kubokunda Məmmədyarovla Rəcəbovun rəqibləri məlum oldu

Sentyabrın 2-dən 27-dək Tbilisidə şahmat üzrə Dünya Kuboku yarışları keçiriləcək.

Sentyabrın 2-dən 27-dək Tbilisidə şahmat üzrə Dünya Kuboku yarışları keçiriləcək. 

Dsport.az xəbər verir ki, FİDE cari Dünya Kuboku yarışlarının 128 iştirakçısının siyahısını açıqlayıb. Azərbaycanı mötəbər yarışda qrossmeysterlər Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil edəcəklər. 

Dünya Kubokunun mükafat fondu 600 min dollar təşkil edir. Bunun 120 min dolları qalib şahmatçı üçün nəzərdə tutulub. Şəhriyar Məmmədyarov ilk matçda Quançu Liu (Çin), Teymur Rəcəbov isə Xelgi Dam Ziska (Farer adaları) ilə qarşılaşacaq. Hər iki şahmatçımız ağ fiqurlarla oynayacaq. Dünya Kuboku nokaut-sistem üzrə keçiriləcək: iki klassik partiyada hesab bərabər olsa, rəqibləri tay-breq: rapid, blits, lazım gəldikdə “armageddon” gözləyir. Finalda dörd klassik partiya oynanılacaq.Turnirdə ilk dəfə dünya şahmat tacının sahibi Maqnus Karlsen iştirak edəcək. Şahmatçılarımızdan Şəhriyar turnirə vəsiqəni yüksək reytinqi sayəsində qazanıb, Teymur isə Təşkilat Komitəsinin nominantlarından biri olub.

Qeyd edək ki, mötəbər yarışın finalçıları 2018-ci ildə dünya çempionu adı uğrunda iddiaçıların turnirinə vəsiqə qazanacaq.