Şahmat

FİDE reytinqi açıqladı: Məmmədyarov 6-cı, Rəcəbov 22-ci yerdədir

Beynəlxalq Şahmat Federasiyası avqust ayı dünya şahmatçılarının yeni reytinq cədvəlini açıqlayıb

Beynəlxalq Şahmat Federasiyası avqust ayı dünya şahmatçılarının yeni reytinq cədvəlini açıqlayıb.

Dsport.az xəbər verir ki, Azərbaycan şahmatçılarından ən yaxşı göstərici Şəhriyar Məmmədyarova məxsusdur. Sumqayıt şahmat məktəbinin yetirməsi 2797 xalla ötən ayla müqayisədə bir pillə geriləməklə 6-cı sıraya enib.

Azərbaycan millisinin digər üzvü Teymur Rəcəbov doqquz pillə irəliləməklə 2742 xalla 22-cı yerə yüksəlib. Digər şahmatçılarımıza gəlincə Arkadiy Naydiç 2710 xalla siyahıda 35-ci , Rauf Məmmədov 2680 xalla 63-cü , Qədir Hüseynov isə 2654 xalla 94-cü yerdədir. Kişi şahmatçıların reytinq cədvəlinə əvvəlkitək Maqnus Karlsen liderlik edir. Norveçli şahmatçının 2822 xalı var. 2-3-cü yerləri müvafiq olaraq Uesli So (2810) və Fabiano Karuana (2807) tutur.

Azərbaycanın qadın şahmatçılarına gəlincə ən yaxşı göstərici Günay Məmmədzadədir. Xanım şahmatçımız 2393 xalla 71-cı sıradadır. Qadın şahmatçıların siyahısına 2652 xalla çinli Hou Yifan başçılıq edir.