Rusiya

Ramil Şeydayev sabiq klubuna qarşı

Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayevin formasını geyindiyi Rusiyanın “Krılya Sovetov” klubunun Birləşmiş Ərəb Əmirliklərində həyata keçirəcəyi təlim-məşq toplanışındakı iki rəqibi müəyyənləşib.

Dsport.az Samara klubunun saytına istinadən xəbər verir ki, sözügedən kollektiv Slovakiyanın "Jilina" və Latviyanın "Riqa" komandaları ilə qarşılaşacaq. 

"Jilina" ilə matç yanvarın 22-də, növbəti qarşılaşma isə ayın 26-da baş tutacaq.

Xatırladaq ki, Şeydayev 2017-ci ildə icarə əsasında "Jilina"da çıxış edib. O, Slovakiya təmsilçisinin heyətində ölkə çempionluğunu da qazanıb.