Rusiya

Azər Əliyevli “Ufa” Kipr klubuna qalib gəldi

Rusiyanın “Ufa” klubu Kiprdə kommersiya xarakterli “Korantina Homes Cup” turnirinə qatılıb.

Dsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi Premyer Liqa təmsilçisi turnirin yarımfinal matçında yerli “Pafos”la qarşılaşıb.

Üç qolun vurulduğu qarşılaşma Rusiya klubunun qələbəsiylə başa çatıb - 2:1.

Azər də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb.