Rusiya

Paytaxt klubunda yeni baş məşqçi

Rusiyanın “Spartak” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Dsport.az xəbər verir ki, Moskva təmsilçisi Oleq Kononova tapşırılıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

52 yaşlı belaruslu mütəxəssislə sonradan bir il uzadıla bilməsi şərti ilə, mövsümün sonunadək müqavilə imzalanıb.

"Spartak" oktyabrın 22-də keçmiş baş məşqçi Massimo Karreranı istefaya göndərib.

Paytaxt təmsilçisi Premyer Liqada 14 turdan sonra 19 xalla 9-cu pillədə qərarlaşıb.