Rusiya

Arşavin karyerasını başa vurdu

Müasir Rusiya futbolunun əfsanələrindən sayılan Andrey Arşavin karyerasını başa vurub.

Dsport.az xəbər verir ki, bunu Arşavin özü bəyan edib. O, noyabrın 7-də “Kayrat”ın azarkeşlərinin suallarını cavablandırarkən, karyerasını bitirdiyini elan edib. 37 yaşlı futbolçu bundan sonra futbolda qalmaq istədiyini də vurğulayıb:

“Əlbəttə, istəyirəm ki, futbolda məşqçi kimi qalım. Ancaq daha əvvəl də dediyim kimi, bu, mənim üçün çətin olacaq”.

Arşavinin karyerasında son oyun noyabrın 11-də Karaqanda “Şaxtyor”u ilə keçiriləcək qarşılaşma olacaq.

Arşavin “Kayrat”da 2016-cı ildən çıxış edirdi.