Rusiya

Əliyevin komandasında yeni baş məşqçi

Rusiyanın “Ufa” klubunun baş məşqçisi Sergey Tomarov istefa verib.

Dsport.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. 

Azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi komandanın uğursuz çıxışı Tomarovun postundan ayrılması ilə nəticələnib. "Ufa" rəhbərliyi 36 yaşlı mütəxəssisin işdən ayrılmaqla bağlı ərizəsini qəbul edib. 

Artıq komandanın yeni baş məşqçisi də müəyyənləşib. Tomarovu Dmitri Kiriçenko əvəzləyib.

Tomarov bu ilin iyun ayından "Ufa"ya rəhbərlik edirdi. Komanda Rusiya Premyer Liqasında 13 turdan sonra 11 xalla 16 iştirakçı arasında 15-ci pillədə qərarlaşıb.