Rusiya

Rusiyada Azərbaycan derbisi: Əliyev 34, Şeydayev 20 dəqiqə oynadı

Futbol üzrə Rusiya Premyer Liqasında 13-cü turun oyunları keçirilib.

Dsport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Krılya Sovetov” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə digər azərbaycanlı futbolçu Azər Əliyevin komandası - “Ufa” ilə üz-üzə gəlib. Samara təmsilçisi bu oyunda 2:1 hesablı qələbəyə sevinib.

Azərbaycanlı futbolçular da bu görüşün iştirakçısı olublar. Əliyev matçın 56-cı, Şeydayev isə 70-ci dəqiqəsində meydana buraxılıb.

“Krılya Sovetov” 13 turdan sonra 14 xalla 16 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb. “Ufa” isə 11 xalla 15-cidi.