Rusiya

Quliyevdən məhsuldar ötürmə, “Rostov”dan heç-heçə

Futbol üzrə Rusiya Premyer Liqasında 13-cü turun oyunları keçirilir.

Dsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Rostov” da növbəti matçına çıxıb. 

Sözügedən kollektiv səfərdə “Krasnodar”la qarşılaşıb. Quliyevin komandası bu oyundan heç-heçə ilə ayrılıb - 2:2.

Ayaz da bu görüşün iştirakçısı olub. O, matça start heyətdə başlayıb və 65-ci dəqiqədə əvəzlənib.

Quliyev komandasının 6-cı dəqiqədə vurduğu ilk qolda məhsuldar ötürmə müəllifi olub.

“Rostov” hazırda 22 xalla 4-cü pillədə qərarlaşıb.