Rusiya

Ayaz Quliyevin komandası 1/4 finalda

Futbol üzrə Rusiya Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir.

Dsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Rostov” da bu turnirdə növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Zenit”lə üz-üzə gəlib. Dörd qolun qeydə alındığı matç “Rostov”un qələbəsi ilə başa çatıb - 3:1.

Beləcə, Quliyevin komandası 1/4 finala yüksəlib.

Ayaz bu oyunda forma geyinməyib. O, sonadək ehtiyatda qalıb.