Rusiya

Şeydayevin komandası kubokla vidalaşdı

Futbol üzrə Rusiya Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir.

Dsport.az xəbər verir ki, Azərbacan yığmasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Krılya Sovetov” da bu turnirdə növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Krasnodar”a üz-üzə gəlib. Üç qolun qeydə alındığı matç Samara klubunun məğlubiyyəti ilə başa çatıb - 1:2.

Beləcə, Şeydayevin komandası kubokda mübarizəni dayandırmalı olub.

Ramil bu oyunda da forma geyinməyib. O, sonadək ehtiyatda qalıb.