Rusiya

Azərbaycanlı futbolçu ən yaxşılar arasında

Futbol üzrə Rusiya Premyer Liqasında 12-ci turun rəmzi komandası açıqlanıb.

Dsport.az xəbər verir ki, “Rostov”un azərbaycanlı yarımmüdafiəçisi Ayaz Quliyev də rəmzi komandada yer alıb. O, "Anji" ilə matçda (1:0) sərgilədiyi oyuna görə rəmzi heyətə düşüb.

21 yaşlı futbolçu həm də, 12-ci turun ən yaxşı futbolçusu seçilmişdi.