Rusiya

Şeydayevə yenə də şans verilmədi

Futbol üzrə Rusiya Premyer Liqasında 12-ci turun oyunları keçirilib.

Dsport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Krılya Sovetov” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Zenit”lə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.

Ramil bu görüşün iştirakçısı olmayıb. Millimizin üzvü sonadək ehtiyatda qalıb.

“Krılya Sovetov” 12 turdan sonra 11 xalla 16 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb.