Rusiya

Paytaxt klubu baş məşqçini qovdu

Rusiyanın “Spartak" (Moskva) klubunun baş məşqçisi Massimo Karrera istefaya göndərilib.

Dsport.az xəbər verir ki, 54 yaşlı mütəxəssis klub rəhbərliyinin qərarı ilə vəzifəsindən uzaqlaşdırılıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Baş məşqçi səlahiyyətləri müvəqqəti olaraq, Raul Riançoya həvalə olunub.

“Spartak” oktyabrın 21-də Rusiya Premyer Liqasının 11-ci turunda Tula “Arsenal”ına 2:3 hesabı ilə məğlub olub. Bu, paytaxt təmsilçisinin cari çempionatda ardıcıl 3-cü ev məğlubiyyəti olub.

“Spartak” cari çempionatda Rusiya Premyer Liqasında 11 turdan sonra 18 xalla 7-ci pillədə qərarlaşıb.

Massimo Karrera 2016-cı ilin avqustunda “Spartak”ın “sükanı arxasına” gətirilib. Komanda onun rəhbərliyi altında 16 illik fasilədən sonra - 2016-2017 mövsümündə Rusiya çempionu olub.