Rusiya

Azər Əliyevin klubundan “Rubin”lə heç-heçə

Futbol üzrə Rusiya Premyer Liqasında 11-ci turun oyunları keçirilir.

Dsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi “Ufa” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Rubin”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.

Azər bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.

“Ufa” hazırda 10 xalla 16 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb.