Rusiya

Şeydayevə yenə də şans verilmədi

Futbol üzrə Rusiya Premyer Liqasında 11-ci turun oyunları keçirilir.

Dsport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Krılya Sovetov” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Ural”la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.

Ramil bu görüşün iştirakçısı olmayıb. Millimizin üzvü sonadək ehtiyatda qalıb.

“Krılya Sovetov” 11 turdan sonra 11 xalla 16 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb.