Rusiya

UEFA Rusiya klubunu avrokuboklardan kənarlaşdırdı

UEFA Rusiyanın “Rubin” klubunu cəzalandırıb.

Dsport.az xəbər verir ki, qitə futbol qurumu Kazan təmsilçisini maliyyə feyr-pleyi qaydalarını pozduğuna görə, avrokuboklardan 1 illik uzaqlaşdırıb. Bu barədə futbol qurumunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə “Rubin”in cəzaya etiraz olaraq, Beynəlxalq İdman Arbitraj Məhkəməsinə müraciət edə biləcəyi bildirilib. Premyer Liqa klubunun cəzası növbəti 2 il ərzində avrokuboklara vəsiqə qazanacağı halda, tətbiq ediləcək.

“Rubin” Rusiya Premyer Liqasında 10 turdan sonra 17 xalla 5-ci sırada yer alıb.