Rusiya

Ramil Şeydayev komandasına qoşuldu

Rusiyanın “Krılya Sovetov” klubunun milli komandalara dəvət alan futbolçuları düşərgəyə qayıdıb.

Dsport.az xəbər verir ki, UEFA Millətlər Liqasının Farer adaları və Malta ilə oyunları üçün Azərbaycan millisinə dəvət alan Ramil Şeydayev də artıq Samara təmsilçisinin düşərgəsindədir. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

22 yaşlı futbolçu “Krılya Sovetov”un Rusiya Premyer Liqasının 11-ci turunda "Ural"la keçirəcəyi oyunun hazırlığında iştirak edib. 

Ramil avqust ayında “Trabzonspor”dan “Krılya Sovetov”a transfer edilib.

"Ural" - "Krılya Sovetov" matçı oktyabrın 19-da keçiriləcək.