Rusiya

Şeydayev oynamadı, komandası darmadağın oldu

Futbol üzrə Rusiya Premyer Liqasında 8-ci turun oyunları keçirilib.

Dsport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Krılya Sovetov” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Krasnodar”la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan ağır məğlubiyyətlə ayrılıb - 0:3.

Ramil bu görüşün iştirakçısı olmayıb. Millimizin üzvü sonadək ehtiyatda qalıb.

“Krılya Sovetov” 8 turdan sonra 7 xalla 16 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb.