Rusiya

Azər ehtiyatda qaldı, “Ufa” darmadağına üzüldü

Futbol üzrə Rusiya Premyer Liqasında 7-ci turun oyunları keçirilib.

Dsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin bir neçə gün öncə müqavilə imzaladığı “Ufa” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda Moskva ÇSKA-sı ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:3.

Azər bu görüşün iştirakçısı olmayıb. O, bu matçın sonunadək ehtiyatda qalıb.

“Ufa” 7 turdan sonra 4 xalla 16 iştirakçı arasında 14-cü pillədə qərarlaşıb.