Rusiya

Şeydayev oynamadı, “Krılya Sovetov” 4 qola üzüldü

Futbol üzrə Rusiya Premyer Liqasında 7-ci turun oyunları keçirilir.

Dsport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Krılya Sovetov” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə Tula “Arsenal”ı ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan ağır məğlubiyyətlə ayrılıb - 0:4.

Ramil bu görüşün iştirakçısı olmayıb. Millimizin üzvü sonadək ehtiyatda qalıb.

“Krılya Sovetov” 7 turdan sonra 7 xalla 16 iştirakçı arasında 12-ci pillədə qərarlaşıb.