Rusiya

Ramil Şeydayev Rusiya klubu ilə müqavilə bağladı

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin Rusiyanın “Krılya Sovetov” klubuna keçidi rəsmiləşib.

Dsport.az xəbər verir ki, 22 yaşlı hücumçu yeni klubu ilə bir illik müqavilə bağlayıb. Ramil yeni komandasında 11 nömrəli forma ilə çıxış edəcək. Bu barədə Samara təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Şeydayev bir müddət əvvəl "Trabzonspor"la müqaviləsini pozmuşdu. O, ötən mövsümü icarə əsasında "Qarabağ"da keçirib.

"Krılya Sovetov" Rusiya Premyer Liqasında 3 turdan sonra 4 xalla 9-cu pillədə qərarlaşıb.