Rusiya

Ramil Şeydayev Rusiya klubunda

Türkiyənin “Trabzonspor” klubundan ayrılan Ramil Şeydayev karyerasını Rusiyada davam etdirəcək.

Dsport.az xəbər verir ki, "Krılya Sovetov" Azərbaycan millisinin hücumçusu ilə müqavilə bağlamağı planlaşdırır. Bu barədə Samara təmsilçisinin rəsmi “tvitter” səhifəsi məlumat yayıb.

Ramil "Krılya Sovetov"un əsas komandasının heyətində gənclərdən ibarət kollektivə qarşı yoxlama oyununda da çıxış edib. 22 yaşlı forvard 3:1 hesabı ilə qalib gəldikləri yoxlama oyununda qollardan birinin müəllifi olub. Onunla müqavilənin tezliklə imzalanacağı bildirilir.

Şeydayev ötən mövsümü icarə əsasında "Qarabağ"da keçirib.

"Krılya Sovetov" Rusiya Premyer Liqasında 3 turdan sonra 4 xalla 9-cu pillədə qərarlaşıb.