Rusiya

İqnaşeviç futboldan getdi

Azərbaycanlı yarımmüdafiəçi Aleksandr Səmədovun ardından, daha bir futbolçu Rusiya millisindəki karyerasını başa vurduğunu açıqlayıb.

Dsport.az xəbər verir ki, müdafiəçi Sergey İqnaşeviç də bundan sonra millinin formasını geyinməyəcəyini açıqlayıb. Lakin Səmədovdan fərqli, Sergey ümumiyyətlə futbolçu karyerasını başa vurduğunu bəyan edib.

Karyerasını bütövlükdə Rusiyada keçirən İqnaşeviç 2004-cü ildən Moskva ÇSKA-sında çıxış edirdi. 38 yaşlı futbolçu 2005-ci ildə bu klubla Avropa Liqasının qalibi olmaqla yanaşı, 5 dəfə də Rusiya çempionu adını qazanıb.

İqnaşeviç Rusiya millisində 127 oyun keçirib ki, bu baxımdan da o, mütləq rekordçu hesab olunur. 2008-ci ildə ölkəsinin yığması ilə Avropa çempionatının yarımfinalında oynayan futbolçu DÇ-2018-də də 1/4 finala qədər irəliləməyi bacarsa da, xorvatlara penaltilərlə uduzaraq, mübarizəni dayandırdılar.