Rusiya

Ayaz Quliyev mövsümün son matçında şans qazanmadı

Futbol üzrə Rusiya Premyer Liqasında mövsümə yekun vurulub.

Dsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Rostov” da 2017/18 mövsümündə sonuncu matçına çıxıb. Sözügedən kollektiv 30-cu tur çərçivəsində evdə “Ural” ilə qarşılaşıb. Quliyevin komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0.

Ayaz bu görüşün iştirakçısı olmayıb. Onun adı “18-liy”ə də daxil edilməyib. 

“Rostov” mövsümü 37 xalla 16 kollektiv arasında 11-ci pillədə başa vurub.