Rusiya

Quliyev “Rostov”a lazım olmadı

Futbol üzrə Rusiya Premyer Liqasında 26-cı turun oyunları keçirilib.

Dsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Rostov” da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “SKA-Xabarovsk” ilə qarşılaşıb. Quliyevin komandası bu oyundan qələbə ilə ayrılıb - 2:0.

Ayaz bu görüşün iştirakçısı olmayıb. O, qarşılaşmanı sonadək ehtiyat oyunçular skamyasından izləyib.

“Rostov” geridə qalan turlarda topladığı 30 xalla 16 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.