Rusiya

Ayaz Quliyev “Arsenal”a qarşı 45 dəqiqə oynadı

Futbol üzrə Rusiya Premyer Liqasında 23-cü turun oyunları keçirilir.

Dsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Rostov” da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə Tula “Arsenal”ı ilə qarşılaşıb. Quliyevin komandası bu oyundan heç-heçə ilə ayrılıb – 2:2.

Ayaz da bu görüşün iştirakçısı olub. O, qarşılaşmanın 46-cı dəqiqəsində meydana buraxılıb.

“Rostov” geridə qalan turlarda topladığı 27 xalla 16 kollektiv arasında 10-cudu.