Rusiya

Milli komandada ciddi itki: Mundialı buraxacaq

Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində Almaniyanın "Leyptsiq" klubu ilə cavab matçında (1:1) zədələnən Rusiya “Zenit”inin futbolçusu Aleksandr Kokorinin durumuna aydınlıq gəlib.

Dsport.az xəbər verir ki, 26 yaşlı hücumçunun diz bağlarından aldığı zədə onun əməliyyat olunması zərurətini yaradıb. Artıq təcrübəli forvard əməliyyat olunub. Romada baş tutan əməliyyat uğurlu alınıb. Lakin o, uzun müddət yaşıl meydanlardan kənarda qalacaq. Kokorinin bərpa prosesi 4-5 ay çəkəcək.

Rusiya millisinin üzvü yayda ölkəsində keçiriləcək dünya çempionatında iştirak edə bilməyəcək.