İngiltərə

“Liverpul”da yeni müqavilə

“Liverpul” futbolçusu Endryu Robertsonun müqaviləsinin müddətini uzadıb.

Dsport.az xəbər verir ki, 24 yaşlı müdafiəçiylə yeni uzunmüddətli sözləşmə imzalanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Robertsonla imzalanan yeni müqavilənin müddəti açıqlanmayıb. İngiltərə mətbuatı sözləşmənin 5 illik olduğunu iddia edir.

2017-ci ildən “Liverpul”da forma geyinən Robertson cari mövsümdə 26 qarşılaşmada iştirak edib.