İngiltərə

Premyer Liqada klubunu dəyişdi

İngiltərənin “Kardiff Siti” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Dsport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Everton”dan Umar Niassı transfer edib. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Niassın bu gün tibbi müayinələrdən keçəcəyi bildirilir. 28 yaşlı forvard mövsümün sonuna qədər icarə əsasında “Kardiff Siti”də forma geyinəcək.

Karyerası ərzində “Akhisarspor”, “Lokomotiv” kimi klublarda çıxış edən Niass, “Everton” formasıyla cari mövsümdə 7 qarşılaşmaya çıxıb.

Niass 9 dəfə də Seneqal millisinin şərəfini qoruyub.