İngiltərə

Petr Çex karyerasını başa vurur

İngiltərənin “Arsenal” klubunun qapıçısı Petr Çex karyerasını bitirəcəyi vaxtı açıqlayıb.

Dsport.az xəbər verir ki, 36 yaşlı qolkiper bu barədə sosial şəbəkə hesabından məlumat yayıb. Çex cari mövsümün sonunda futbolçu karyerasını bitirəcəyini deyib.

Karyerası ərzində “Sparta” (Praqa), “Çelsi” kimi klublarda forma geyinən Çex, 2015-ci ildən “Arsenal”ın şərəfini qoruyur.

O, 124 dəfə də Çexiya millisində çıxış edib.