İngiltərə

“Tottenhem” forvardını itirdi

“Tottenhem” ciddi itkiylə üzləşib. 

Dsport.az xəbər verir ki, London təmsilçisinin forvardı Harri Keyn zədələnib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Premyer Liqanın 22-ci turunda “Mançester Yunayted”ə qarşı keçirilən matçda (0:1) zədələnən Keynin, bir ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

Keynin "Tottenhem"in İngiltərə Liqa kubokunun yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində keçirəcəyi “Çelsi” və Çempionlar Liqasının 1/8 final mərhələsində Dortmund “Borussiya”sıyla qarşılaşacağı ilk matçda iştirak etməyəcəyi gözlənilir.

25 yaşlı forvard cari mövsümdə 31 qarşılaşmada iştirak edərək, 20 qol vurub.