İngiltərə

“Mançester Siti”nin futbolçusu ilkə imza atdı

“Mançester Siti” İngiltərə Liqa kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində öz meydanında “Barton”u 9:0 hesabıyla məğlub edib.

Dsport.az “Opta” saytına istinadən xəbər verir ki, görüşdə 4 qolun müəllifi olan “şəhərlilər”in forvardı Qabriel Jesus, karyerasında ilk dəfə poker edib.

21 yaşlı forvard bundan əvvəl Çempionlar Liqasında “Şaxtyor”u 6:0 hesabıyla məğlub etdikləri matçda 3 qol vurmağı bacarmışdı.

Jesus “Mançester Siti”nin heyətində doğma meydanda 3 və daha çox qol vuran futbolçuların siyahısına da daxil olub. “Şəhərlilər”in heyətində Karlos Teves 4 dəfə, Serxio Aquero isə 10 dəfə 3-dən çox qol vurmağı bacaran futbolçudur. Jesus isə iki dəfə 3 və daha çox qol vurub.

“Barton”la “Mançester Siti” arasında cavab matçı yanvarın 23-də keçiriləcək.