İngiltərə

“Çelsi”yə qol vurdu, tarixə düşdü

“Tottenhem” İngiltərə Liqa kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində “Çelsi”ni 1:0 hesabıyla məğlub edib.

Dsport.az xəbər verir ki, “Uembli” stadionunda keçirilən görüşdə yeganə qolun müəllifi olan Harri Keyn, adını “Tottenhem”in tarixinə yazdırıb. 

Belə ki, ardıcıl 5-ci mövsümdə bütün turnirlər daxil olmaqla, 20-dən çox qol vurmağı bacaran ingilis futbolçu, klub tarixində bu göstəriciyə nail olan ilk oyunçudu.

Keynin 27-ci dəqiqədə penaltidən fərqləndiyi qol, həm də onun “Tottenhem” klubunda vurduğu 160-cı qol olub. O, London təmsilçisində ən çox qol vuran futbolçular arasında 4-cüdü.

“Tottenhem”də klub tarixinin bombardiri isə 266 qolla Cim Qrizvadı.

“Çelsi”ylə “Tottenhem” arasında cavab matçı 22 yanvarda keçiriləcək.